DSMF sədri Qusarda vətəndaşları qəbul edəcək

DSMF sədri Qusarda vətəndaşları qəbul edəcək
10:57 15 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı.15 yanvar. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qusar rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul edəcək. "Report"a fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumata görə, görüş yanvarın 22-də saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-in rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılan nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/dsmf-sedri-qusarda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR