Dövlət Sosial Müdafiə Fondunun sədri Qusarda 5 rayonun sakinləri üçün qəbul keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Qusarda 5 rayonun sakinləri üçün qəbul keçirəcək
10:58 15 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcəklər.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Qusar rayon şöbəsində (02338) 5-40-94
Quba rayon şöbəsində (02333) 5-26-15
Xaçmaz rayon şöbəsində (02332) 5-05-25
Şabran rayon şöbəsində (02335) 3-39-48
Siyəzən rayon şöbəsində (02330) 4-09-04
Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sosial_Mudafie_Fondunun_sedri_Qusarda_5_rayonun_sakinleri_uchun_qebul_kechirecek-918660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR