Azərbaycanlı müğənni: "Qara siyahı"dayam"

Azərbaycanlı müğənni: "Qara siyahı"dayam"
11:04 15 Yanvar 2016
98 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Roza Zərgərli ATV kanalı tərəfindən ona qoyulan efir qadağası xəbərinə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, təkcə ATV-nin yox, digər televiziyaların da “qara siyahı”sındadır: “Təkcə ATV-də yox, demək olar ki, 90 faiz yerli kanallarda və radio FM-lərdə özümə də məlum olmayan səbəblərə görə efir qadağasındayam. Nə qədər gülməli görünsə də, reallıq budur. Dəvət olunduğum dövlət tədbirlərində, xeyriyyə konsertlərində, hərbi hissələrdə həmişə iştirak etmişəm, əlimdən gələni əsirgəməmişəm. Tamaşaçı sevgisi, alqış mənim üçün bu sənətdə ən dəyərli məfhumlar olub. Şükür Allaha ki, bunu kanallarda qadağa ilə üzləşməmişdən qabaq da, sonra da az və ya çox qazanmışam. Qazanmağa da davam edirəm. qadağa ilə itirdiyim heç nə olmayıb, əksinə özümün də bilmədiyim, qazandığım düşmənlərim olub. Bir neçə kanalda qadağa ilə üzləşməyimə, demək olar ki, üzülməmişəm. Bu, məni heç vaxt ruhdan salmayıb. Nə etsəniz də, hansı yola əl atsanız da nə məni, nə də digər həmkarlarımı sevənlərindən ayıra bilməyəcəksiniz!”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR