"Atam ikinci dəfə ölümdən döndü"

"Atam ikinci dəfə ölümdən döndü"
11:15 15 Yanvar 2016
52 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın səhhəti pisləşən atasından danışıb.

Axşam.az-a açıqlama verən ifaçı onun ikinci dəfə xəstəxanaya yerləşdirildiyini bildirib:

“Atam sirroz xəstəliyindən əziyət çəkirdi. Qaraciyər transplantasiyası edildi. Həkimlər tapşırdı ki, ondan sonra soyuq olmaz. Amma atam qulaq asmadı. Bu yaxınlarda qohumlardan birinin yas mərasiminə gedib, özünü soyuğa verib. Su yığıldı, vəziyyəti pisləşdi. İkinci dəfə xəstəxanaya yerləşdirdik. Müalicədən sonra özünə gəldi. Atam ikinci dəfə ölümdən döndü. İndi vəziyyəti yaxşıdır. Belə xəstələr ömür boyu dərman atmalı, səhhətlərinə fikir verməlidirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR