Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkobaronun Abramoviç planı (FOTO)

Narkobaronun Abramoviç planı (FOTO)

Date: 15 January 2016 11:11

Dünyanın məşhur narkobaronlarından biri, “bəstəboy” və "El Çapo" ləqəbli Xoakin Qusman “Çelsi” futbol komandasını almaq istəyib.

ANS PRESS-in məlumatına görə, Meksika hüquq-mühafizə orqanları onun arxasınca ov zamanı Qusmanın planları barədə məlumat alıb.

İddia olunur ki, məlumat narkobaronun ətrafından daxil olunub.

Xoakin Qusman böyük futbol həvəskarı olduğu üçün “Çelsi”ni almaq istəyib. Lakin klubun sahibi Roman Abramoviç komandanı satmaq istəməyib.



Roman Abramoviç


“Çelsi” klubun dəyəri 868 milyon dollar (1 milyard 363 milyon 280 min manat) qiymətləndirilir.
"Aristokratlar" İngiltərə çempionatında 21 oyundan sonra 24 xalla 14-cü pillədədir.


İngiltərə çempionatının turnir cədvəli


Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda “El Çapo” ləqəbiylə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtiylə ABŞ ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.


Xoakin Qusman həbs edilərkən


Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. “Forbes” jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.


Meksikanın xəritəsi

8 yanvarda həbs olunan "El Çapo" ləqəbli narkobaron Xoakin Qusmanın oğlanları hökuməti təhdid edib. Alfredo Quzman və İvan Arçivaldo Qusman "tvitter" səhifəsi vasitəsi ilə hökumətə ünvanladıqları xəbərdarlıqda bu sözləri qeyd ediblər:

“Siz nə etdiyinizi və başınızı hansı bəlaya soxduğunuz bilmirsiniz. Mənimlə ədalətli davransanız, mən də müqəddəs insan olaram. Əks halda, mən zəhərəm və hökumət Qusmanları tanıyacaq”.

Meksika mediyası "tvitter" səhifələrinin Qusmanlara aid olduğunu təsdiqləyib. Hər iki səhifənin 250 mindən çox izləyicisi var.

Quzmanın Amerika həbsxanasına ekstradisiyası gözlənilir.

Tags:  Narkobaronun Abramoviç planı FOTO


RƏYLƏR


Top news