Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir Natiq Əliyev: “Maliyyə problemləri var”

Nazir Natiq Əliyev: “Maliyyə problemləri var”

Date: 15 January 2016 11:14

Nazirlik yeni fondun yaradılmasını təklif edir

“Hazırda elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşməkdədir. Elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir”.

 

Lent.az xəbər verir ki, bunu sənayevə energetika naziri Natiq Əliyev “Respublika” qəzetindəki məqaləsində qeyd edib. Nazir əlavə edib ki, enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, enerji səmərəliliyi sahəsinə və yanacaq-energetika sənayesinə investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılmasını zəruri edir: “Bu məqsədlə, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində büdcədənkənar Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər də davam etdirilməkdədir”. 


Tags:  Nazir Natiq Əliyev Maliyyə problemləri var

RƏYLƏR


Top news