Ucuzlaşan neft hansı ölkəyə necə təsir edir?

Ucuzlaşan neft hansı ölkəyə necə təsir edir?
11:17 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

​Neft sürətlə ucuzlaşır (04 Mart 2017 10:03)

Neft qiymətləri son 12 ildə ilk dəfə olaraq 30 dollarlıq həddə enib.
Milli.Az BBC-yə istinadən bildirir ki, enerji bazarları üzrə ekspert Cüneyt Kazokoğlunun yazdığına görə, belə vəziyyət neftin həm istehsalçı, həm də istehlakçısı olan ölkələri təsirləndirir.

ABŞ

ABŞ düşən neft qiymətlərindən həm faydalanan, həm də itirən ölkələrdəndir. Aşağı vergi faizləri sayəsində neftin istehsal xərcləri 1 ildə 40 faizdən də çox azalıb.
Buna baxmayaraq, neft qiymətlərinin yüksək olduğu vaxtlarda yüksək gəlir götürən şist nefti istehsalçılarının hazırkı vəziyyəti ürəkaçan deyil.
Bu şirkətlər xərclərini ixtisar edib, istehsalı artırsalar da, yenə zərərlə işləyir və kreditlər üzrə borclarını ödəməkdə çətinlik çəkirlər.
İş yerlərinin ixtisarına səbəb olmaqla belə bir vəziyyət ABŞ iqtisadiyyatını son dərəcə mənfi təsirləndirə bilər.

Rusiya

Dünyanın ən böyük neft ixracatçılarından olan Rusiya da qiymətlərin düşməsindən böyük zərər görür.
Rusiya iqtisadiyyatı 2015-ci ildə geriləyib və onun bu il də geriləyəcəyi gözlənilir.
Rusiyanın bir yandan xarici valyuta ehtiyatı, digər tərəfdən isə neft fondu azalmağa başlayıb.
Rusiya üçün yeganə təsəlli budur ki, rublun dollara nisbətdə zəifliyi kiçik neft ixracatçılarını iflasdan qoruyur.
Lakin ümumilikdə Rusiyanın vəziyyəti o qədər yaxşı deyil.

Türkiyə

Türkiyə neft qiymətlərinin düşməsindən qazanan ölkələrdən olsa da, bu qazancın bir hissəsini valyuta mübadiləsi kursuna görə itirir.
Başqa sözlərlə, Türkiyə lirənin dollara nisbətdə zəifliyinə görə neft qiymətlərinin düşməsindən tam fayda götürə bilmir.
Belə bir mübadilə təsiri olmasaydı, bu gün Türkiyədə benzinin bir litri 3 lirə (1 dollar) olmalı idi.

Avropa İttifaqı

Əksəriyyəti neft idxalçılarından ibarət olan Avropa İttifaqı neft qiymətlərinin düşməsindən faydalanan bölgələrdəndir.
Yanacaq qiymətlərinin enməsi Avropa ticarətinin inkişafı üçün önəmli faktorlardan biridir. Burada xüsusilə də dizel yanacağı qiymətinin 1 avrodan da aşağı olması Yunanıstan böhranından hələ tam çıxa bilməyən Avropaya rahatlıq gətirib.

İran

Neft qiymətlərinin düşməsi neftin istehsalçısı olan İrana da təsirsiz ötüşmür.
Lakin bu təsiri neytrallaşdıran mühüm bir amil var. Bu da ölkənin dörd ildir ki, sanksiyalar altında olması və neft ixracatını onsuz da azaltmasıdır.
Sanksiyaların qaldırılması İranın üzərindəki təzyiqləri azaltsa da, onun bazara qayıdışı ümumilikdə neftin daha da ucuzlaşmasına səbəb ola bilər.

Kanada

Kanadanın durumu ABŞ-dan da pisdir. Kanadanın ağır nefti artıq indinin özündə bir barrel üçün 20 dollardan aşağı qiymətə satılır. Ölkə bu üzdən keçən il az qala resessiyaya düçar ola bilərdi.

Venesuela

Venesuela neft qiymətlərinin düşməsindən ən böyük ziyan çəkən OPEC üzvüdür. Neft bazarlarına gündə 2 milyon barrel neft çıxaran Venesuela üçün qiymətlərin bir dollar düşməsi il ərzində itirilən 720 milyon dollar deməkduir.
Belə bir vəziyyət Venesualanı iflas uçurumunun ucuna gətirib.

Braziliya

Cənubi Amerikanın əsas neft istehsalçılarından olan Braziliyanın vəziyyəti yaxşı deyil.
Neft qiymətlərinin düşməsi, içində prezident Dilma Roussef də olan korrupsiya təhqiqatları və 2016-cı il Rio Olimpiadası xərcləri ölkəni öz tarixinin ən böyük böhranlarından birinə salıb.

Nigeriya, Anqola, Əlcəzair və Liviya

Qərbi Afrikada OPEC-in iki üzvü olan Nigeriya və Anqola neft qiymətlərinin düşməsindən son dərəcə mənfi təsirlənib.
Az qala tamamilə neft ixracatından asılı olan bu iki ölkənin iqtisadiyyatları yarıbayarı azalıb.
Bu arada Əlcəzair də neft qiymətlərindən gələn ziyanı iqtisadiyyatını şaxələndirməklə azaltmağa çalışır.
Bu ölkədə 2014-cü ilin sonunda 180 milyard dollarlıq xarici valyuta ehtiyatı bu il 150 milyard dollara enib.
Liviya neft qiymətlərinin düşməsindən gördüyü zərərlə yanaşı, ölkəni bürümüş siyasi böhrandan da əzab çəkir.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı da neft qiymətlərinə görə xarici valyuta ehtiyalarını itirir. Fondların əriməsi bu şəkildə davam edərsə, ölkənin nəinki büdcə çətinlikləri ilə üzləşəcəyi, hətta ümuməm pis vəziyyətə düşəcəyi qaçılmazdır.
Krallıq bu yaxınlarda ölkə daxilində benzinin pərakəndə satış qiymətini 50 faiz artırıb.
Bunun ardınca dövlət neft şirkəti Aramco-nun səhm paylarının satışa çıxarılacağı elan edilib.

İraq

Yaşadığı siyasi problemlərlə yanaşı, neft qiymətlərinin düşməsi İraq iqtisadiyyatına ağır zərbə vurub.
İraqda 9 milyonluq işçi qüvvəsinin 7 milyonunun məmurlar olması əməkhaqlarının dövlətə ağır yük olmasına əsas səbəbdir.

Çin və Hindistan

Dünyanın ən böyük neft istehlakçıları olan Çin və Hindistan üçün aşağı qiymətlər fayda deməkdir.
Neft qiymətlərinin düşməsi hər iki ölkədə benzin istehlakını artırıb. Digər tərəfdən hər iki ölkə özlərinin strateji yanacaq anbarlarını doldurur.
Üstəlik, Hindistan aşağı neft qiymətlərindən fürsətlənərək maye yanacaq subsidiyalarını artırır.
 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Facebook” istifadəçi fotolarını müdafiə edəcək

22 İyun 2017 22:57

Şəmkirdə 2 otaqlı mənzildə yanğın baş verib

22 İyun 2017 22:55

Keçmiş arvadının üzünə "kislota" tökdürən şəxsin şikayəti təmin edilmədi

22 İyun 2017 22:49

Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI

22 İyun 2017 22:48

"Türkiyə ilə fikirlərimiz üst-üstə düşür" -

22 İyun 2017 22:47

Şəmkirdə 2 otaqlı mənzil yanıb

22 İyun 2017 22:43

Hansı qidalar qabıqlarıyla daha faydalıdır

22 İyun 2017 22:42

Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin

22 İyun 2017 22:37

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

22 İyun 2017 22:36

Restorana "dominant qadın" obrazında getdi - FOTO

22 İyun 2017 22:32

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22 İyun 2017 22:28

Anası 5 yaşlı uşağı niyə öldürdü? -

22 İyun 2017 22:28

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

22 İyun 2017 22:27

Necə bilək ki, insaflıyıq, ya yox?

22 İyun 2017 22:27

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

22 İyun 2017 22:22

İsti havada oruc tutmağın savabı nədir?

22 İyun 2017 22:22

İşə şortda buraxmadılar, don geyindi - FOTO

22 İyun 2017 22:17

“Qudurmuş tulanızın ipini çəkin” – Deputat

22 İyun 2017 22:17

Merac hadisəsi nə zaman olub?

22 İyun 2017 22:17

Rusiyanın ən zəngin məmurları – Siyahı

22 İyun 2017 22:17

Bakıda əcnəbi turisti qarət edən üç qadın tutuldu

22 İyun 2017 22:13

Çilidən Almaniyaya erkən şok - YENİLƏNİR

22 İyun 2017 22:12

İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil

22 İyun 2017 22:12

İnsanlarla cinlərin oxşar və fərqli cəhətləri

22 İyun 2017 22:12

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa razılaşıb

22 İyun 2017 22:12

Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”

22 İyun 2017 22:12

"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

22 İyun 2017 22:08

1 milyon təqibçisi oldan məşhur it - FOTO

22 İyun 2017 22:05

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB

22 İyun 2017 22:05

Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb

22 İyun 2017 22:02

Əfqanıstanda partlayış törədilib:

22 İyun 2017 21:58

Qadının üzərinə turşu atanlarin niyyəti alınmadı

22 İyun 2017 21:57

İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?

22 İyun 2017 21:57

“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı

22 İyun 2017 21:57

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"

22 İyun 2017 21:57

Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO

22 İyun 2017 21:52

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

22 İyun 2017 21:52

6 aylıq uşağın qidalanması

22 İyun 2017 21:52

Bakıda həbs edilən erməni hökmdən şikayət verdi

22 İyun 2017 21:49

Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq - VİDEO

22 İyun 2017 21:47

Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - VİDEO

22 İyun 2017 21:47

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl

22 İyun 2017 21:47

Naxçıvan Muxtar Respublikasına yeni vergilər naziri təyin edilib

22 İyun 2017 21:45

Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO

22 İyun 2017 21:42

Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO

22 İyun 2017 21:42

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO

22 İyun 2017 21:42

Xəstəliklərlə mübarizə aparan rəngli qidalar

22 İyun 2017 21:42

Sürüşmələr aktivləşdi: çökmə və uçqun baş verdi - VİDEO

22 İyun 2017 21:42

Naxçıvanın yeni vergilər naziri təyin edildi

22 İyun 2017 21:39

Yevlaxda qumbara partladı: bir nəfər öldü - VİDEO

22 İyun 2017 21:37