Tovuzdə çəkisi 2 kiloqram olan limon yetişdirilir - video

Tovuzdə çəkisi 2 kiloqram olan limon yetişdirilir -  video
11:26 15 Yanvar 2016
28 Şou
Ölkə mətbuatı
A- A+

Tovuzda Hindistan növü limon yetişdirilir.

Axşam.az-ın Region TV-yə istinadən xəbərinə görə, bu ağac 150 kiloqramadək məhsul verir. Meyvəsinin 1 ədədinin çəkisi isə 1-2 kiloqramdır.

Görünüşünə görə cənub zonasında yetişdirilən subtropik bitkidən fərqlənən bu limonu Tovuzun Əyyublu kəndində becərirlər. Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan alıb. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstələri üçün xüsusilə faydalıdır.

C.Sadıqov becərdiyi limonun faydasından bəhs edib:

"Qələm formasında əkmişdim, 5 il qulluq etdim. Artıq 3 ildir ki, məhsul gətirir. Mənim 8 ildir ki, ürək-damar problemim var. Bu limonları yeyəndən sonra dərman istifadə etmirəm".

İstixana şəraitində yetişdirilən subtropik bitki insanların marağına səbəb olub. Kimisi ağacın tingini, kimisi də meyvəsini əldə etmək üçün Əyyublu sakinin həyətinə üz tutur.

Limonun qiyməti isə ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR