BakuBus-ın yeni avtobus deposu istifadəyə veriləcək

11:27 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, "Koroğlu" metrosu yaxınlığında "BakuBus"ın avtobusları üçün yeni qaraj fəaliyyətə başlayacaq. Şirkətin avtobusları sıxılmış təbii qazla - STQ (CNG - Compressed Natural Gas) işlədiyindən depoda “SOCAR-CNG” MMC tərəfindən STQ stansiyasının tikilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, burada inzibati və xidməti binaların da istifadəyə verilməsi planlaşdırılır. BakuBus-ın ölkəyə tədarük edəcəyi yeni avtobuslar məhz bu depoda yerləşdiriləcəklər.
İlk STQ - qaz doldurma kompressor stansiyası “BakuBus” MMC-yə məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Stansiya STQ mühərriki ilə təchiz olunan şirkətin istifadəsindəki avtobusları yanacaq ilə təmin edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakubus-in-yeni-avtobus-deposu-istifadeye-verilecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR