Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üç qoca əsrin cinayətində suçlandı - FOTO

Üç qoca əsrin cinayətində suçlandı - FOTO

Date: 15 January 2016 11:37

Londonun Hatton Qarden səmtindəki zərgərlik dükanının qarətinin təşkil olunmasında 60-76 yaşlı üç qoca suçlanıb. Məhkəmənin qərarı belədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, müttəhimlər kürsüsündə Hyu Doyl, Uilyam Linkoln Karl Vud əyləşiblər. Bir qədər əvvəl onların "tərəfdaş"ları Brayan Rider, Terri Pörkins, Con Kollins Deniel Cons ittihamları qəbul ediblər.

Beyzil adlı cinayətkar hələ də axtarışdadır.

Cinayət ötən ilin aprelində törədilib. Oğrular Hatton Qardenin yeraltı tunellərinə düşərək zərgərlik dükanının beton bünövrəsini dəliblər, dükana giriblər və içində zinət əşyaları, külçələr və nağd pul olan 73 seyfi aparıblar.

Qarətin ümumi məbləği 14 milyon funt-sterlinq idi.

Polis oğurlanmış əşyalarla pulların sadəcə, 1/3-ni tapıb.

Oğurlanan mallarla pulların yerdə qalanının Beyzildə olduğu güman edilir.

Qarət bayram ərəfəsində olub. Cinayətkarlardan Beyzil pullarla zinət əşyalarının saxlandığı binaya "əməkdaş" kimi daxil olub. O, siqnalizasiyanı sıradan çıxarıb, elektron qıfılı sındırıb.

Daha sonra bandanın digər üzvləri qarəti gerçəkləşdiriblər.

Dəstənin hər üzvü əvvəllər məhkum olunub. Hökm martın 7-də açıqlanacaq.

Milli.Az




















































Tags:  qoca əsrin cinayətində suçlandı FOTO

RƏYLƏR


Top news