Somalidə hərbi bazaya hücum edən yaraqlılar 50 əsgəri öldürüblər

Somalidə hərbi bazaya hücum edən yaraqlılar 50 əsgəri öldürüblər
11:38 15 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
“Aş-Şabab” terrorçu qruplaşmasının yaraqlıları cümə günü səhər Afrika İttifaqı sülhməramlılarının Somali paytaxtından 550 kilometr məsafədə yerləşən Kio-Kadodakı hərbi bazasına hücum edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində 50 keniyalı əsgər öldürülüb.
Terrorçu qruplaşmanın nümayəndəsi “Reuters” agentliyinə bildirib ki, yaraqlılar atışmadan sonra bazanı ələ keçiriblər. Bundan sonra döyüşlər bazanın ərazisində davam edib.
Məlum olub ki, əvvəlcə bazanın darvazası minalanmış avtomobillə partladılıb, bunun ardınca yaraqlılar hücuma keçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Somalide_herbi_bazaya_hucum_eden_yaraqlilar_50_esgeri_oldurubler-918677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR