Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali Koreya: "ABŞ-ı bir dəfəyə xəritədən silərik!”

Şimali Koreya: "ABŞ-ı bir dəfəyə xəritədən silərik!”

Date: 15 January 2016 11:39

 

Şimali Koreya növbəti dəfə ABŞ-ı təhdid edib.

 

Lent.az-ın xarici mətbuata istinadən xəbər verir ki, diktator Kim Çen İn ABŞ-ı "xəritədən silmək"lə hədələyib. 

 

Şimali Koreyanın bəyanatına görə, "ABŞ-ı bir dəfəyə xəritədən silmək üçün hidreogen bomba hazırlayıblar". 

 

Şimali Koreyanın rəsmi xəbər agentliyi olan “KCNA” da ordunun  tam təchizatlı kiçildilmiş hidrogen bombası formalaşdırdığını və bu bombanın ABŞ- ilk hücumda yerlə yeksan edəcək gücə malik olduğu barədə məlumat verilib.

 

Qeyd edək ki, rəsmi Vaşinqton nüvə sınaqlarının tamamilə qarşısını almaqla əlaqədar addımlar atılması üçün BM Təhlükəszilik Şurasına müraciət edib.

 

Şimali Koreya nüvə mərmi və dənizaltından atılan Balistik nüvə mərmi sınaqlarında beynəlxalq yoxlamalara icazə vermir.

 

BM Təhlükəsizlik Şurasının bu həftə keçiriləni Qərb ölkələrinin iclasında bu görüşlərin sonlandırılması gözlənilir. Görüşlərin sonunda əsas məqsəd  Şimali Koreyanın silahsızlaşdırılması və beynəlxalq yolla dialoqun davam etməsidir. Ancaq  Pyonyang üsulu isə 2008-ci ildən bu tələblərə elə də yaxşı baxmır.

 


Tags:  Şimali Koreya ABŞ-ı dəfəyə xəritədən silərik

RƏYLƏR


Top news