​“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə 15 mindən çox iş yeri açılıb

​“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə 15 mindən çox iş yeri açılıb
11:47 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ “Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi” layihəsi üzrə Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7% başa çatıb, ötən ilin iyun ayında Gürcüstanda da kəmər xəttinin inşasına başlanıb. "Report" xəbər verir ki, bu Azərbaycanın energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində çıxan məqaləsində qeyd edilib.
Nazir yazır ki, Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etməkdədir: "Təqribən 61 km uzunluğunda borular artıq qaynaq edilmiş, 2 km isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb. “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə 15 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır".
Natiq Əliyev qeyd edib ki, ümumi dəyəri 12 mlrd. dollar olan Trans-Anadolu Boru Kəməri (TANAP) üzrə ümumi işlərin 20%-i artıq yekunlaşıb: "Hazırda 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülüb, boruların 200 kilometrində qaynaqlama işləri aparılıb, 2016-cı ildə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə qaynaqlama prosesinin 70%-nin yekunlaşdırılması nəzərdə tutulub. Tikinti ərazisində 1600-dən çox ən müasir avadanlıqlar fəaliyyət göstərir. Kəmərin tikintisində istifadə olunan boruların 80%-i Türkiyə, digər 20%-i isə Çin istehsalıdır".
Trans-Adriatik Boru Kəməri (TAP) ilə bağlı fikirlərini bölüşən energetika naziri adıçəkilən layihənin Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edildiyini qeyd edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/sahdeniz-merhele-2-ve-cenubi-qafqaz-boru-kemerinin-genislendirme-layiheleri-uzre-15-min

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR