Prezidentliyə namizəd: "O, ABŞ üçün qarabasma olacaq"

Prezidentliyə namizəd: "O, ABŞ üçün qarabasma olacaq"
11:47 15 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

"Hillari Klintonun prezident seçkilərində qələbəsi ABŞ-ın milli təhlükəsizliyi üçün faciə olacaq".

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu "Fox News" telekanalında keçirilən debatda Respublikaçılar Partiyasından prezident postuna iddiaçı Ceb Buş deyib.
 
Florida ştatının keçmiş qubernatorunun sözlərinə görə, Klinton Liviyanın Benqazi şəhərində terrorçuların Amerika konsulluğuna hücumuna görə məsuliyyət daşıyır. "O, ABŞ üçün qarabasma olacaq", - keçmiş qubernator vurğulayıb.
 
O, həmçinin əminliyini ifadə edib ki, Klinton seçiləcəyi halda ilk olaraq şəxsi məsələlərini həll edəcək.
 
Qeyd edək ki, Ceb Buş ABŞ-ın 41-ci prezidenti Corc Buşun oğlu, ABŞ-ın 43-cü prezidenti Corc Uoker Buşun kiçik qardaşıdır. O, 1999-2007-ci illərdə Florida ştatının qubernatoru vəzifəsini tutub.
 
İlk vaxtlarda Ceb Buşa Respublikaçılar Partiyasının favorit namizədi kimi baxılırdı. Ancaq son sorğulara görə, onun reytinqi 10 faizdən aşağıdır. O, seçkilərdə qələbə qazanacağı halda Amerika xüsusi xidmət orqanlarına işgəncələri tətbiq etməyə yenidən icazə verəcəyini bildirib.
 
Keçmiş dövlət katibi Hillari Klinton isə ictimai rəy sorğularına görə, demokrat namizədlərə liderlik edir. Respublikaçılardan multimilyarder Donald Tramp onun əsas rəqibi hesab edilir.
 
ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR