Kamran Əliyev: Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur

Kamran Əliyev: Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur
11:48 15 Yanvar 2016
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, bank sektorunda cinayət əməllərinə görə 29 cinayət işi qaldırılıb və 48 nəfər məsuliyyətə cəlb edilib.

K.Əliyev qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tukinti və özəl sektordur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR