Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güləşçimiz Tehranda bürünc medal qazanıb

Güləşçimiz Tehranda bürünc medal qazanıb

Date: 15 January 2016 11:48


Bakı, 15 yanvar, AZƏRTAC
Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançısı bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Sakit Quliyev (59 kq) fəxri kürsüdə yer alıb.
Yarışların ikinci günündə 57, 61, 74 və 86 kiloqram çəkidə sərbəst, 71, 75, 80 və 85 kiloqram çəki dərəcəsində isə yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Tags:  Güləşçimiz Tehranda bürünc medal qazanıb



RƏYLƏR


Top news