Fişəng zavodunda partlayış, 10 nəfər öldü

Fişəng zavodunda partlayış, 10 nəfər öldü
11:56 15 Yanvar 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Çinin mərkəzində yerləşən Henan əyalətində pirotexniki vasitələr istehsal edilən zavodda güclü partlayış baş verib.

ANS PRESS-in TASS agentliyinə istinadən məlumatına görə, partlayış nəticəsində 10 nəfər ölüb, 7 nəfərsə ağır yaralanıb. Hadisə Kayfen şəhərinin Tunsyuy bölgəsində baş verib. Həmin vaxt zavodda 20-dən çox işçinin olduğu bildirilir. Partlayışdan sonra ərazidə güclü yanğın müşahidə edilib.

Polis hadisənin baş vermə səbəblərini araşdırır.




Çində ənənəvi olaraq yaz bayramı ərəfəsində pirotexniki vasitələrin istehsalında fəallıq artır.
Ötən il iyul ayında da Çinin şərqində yerləşən Hebey əyalətində pirotexniki məmulatların saxlanıldığı anbarda partlayış olmuşdu. Nəticədə 15 nəfər həlak olmuş, 25 nəfər xəsarət almışdı.

Çin pirotexniki vasitələr istehsalına görə dünyada liderlik edir. “Atəşfəşanlığın vətəni” adlandırılan Çin bu vasitələrin həm keyfiyyətinə, həm də həcminə görə istehsalı ilə digər ölkələrdən irəlidədir.


Çində yaşlı qadınlar belə partlayıcı vasitə hazırlayır


Belə ki, ilk partlayıcıları Çin hələ 2000 il əvvəl xırdalanmış kömür və kükürddən istifadə etməklə kağız və bambukdan hazırlayırdı. Sonralar barıtın hazırlanması ilə Çin partlayıcıların istehsalında daha yeni uğurlar qazanmağa başlayıb. Amma hələ də bu işdə avtomatlaşdırılmış qaydadan çox əl əməyindən istifadə olunur. Fabrik və zavodlarda minlərlə çinli məhz bu işlə məşğul olur.


Çində partlayıcı vasitənin hazırlanması


Amma göründüyü kimi, texnoloji prosesləri yaxşı mənimsəyən və zəhmətkeş çinlilərin nailiyyətləri bəzən onların öz başında “partlayır”. İstehsal prosesini nə qədər yaxşı bilsələr də, partlayıcı vasitələrin hazırlığı çox vaxt bədbəxt hadisələri də qaçılmaz edir. Odur ki, Çin pirotexnikanın istehsalında birinci olduğu kimi, elə bu sahədə baş verən partlayışların sayına görə də seçilir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR