Məsut Özil dördüncü dəfə Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb

Məsut Özil dördüncü dəfə Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb
11:57 15 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb. "Report"un məlumatına görə, bu, Almaniya Futbol Federasiyasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsvermə nəticəsində müəyyənləşib. 
Səsverməyə 51 min azarkeş qatılıb. 27 yaşlı türk əsilli orta sahə oyunçusu 45,9 faiz səs toplayıb. O, "Bavariya"nın hücumçusu Tomas Müllerlə (15,9 faiz) "Köln"ün müdafiəçisi Yonas Hektoru (13,6 faiz) üstələyib. 
Qeyd edək ki, Məsut Özil bu mükafatı son 5 ildə 4-cü dəfə qazanıb. O, 2011 - 2013-cü illərdə dalbadal 3 dəfə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/mesut-ozil-dorduncu-defe-almaniya-yigmasinin-en-yaxsi-futbolcusu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR