Fermerlər cənub bölgəsində ət kombinatının yaradılmasını təklif edirlər

Fermerlər cənub bölgəsində ət kombinatının yaradılmasını təklif edirlər
11:58 15 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC
Süni mayalanmadan alınan hər baş buzova görə 100 manat subsidiyanın verilməsi ilə bağlı Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncam ölkədə heyvandarlığın inkişafı üçün stimul yaradıb.
AZƏRTAC xəbər verir ki, bütün regionlarda olduğu kimi, cənub bölgəsində də heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər dövlətimizin başçısının bu Sərəncamını heyvandarığın inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirirlər.
Uzun illərdir heyvandarlıqla məşğul olan fermer Fərhad Mirzəyev təsərrüfatında süni mayalanma ilə bağlı əldə olunan nəticədən razı qaldığını bildirib: “Süni mayalanmanın keyfiyyəti çox yüksəkdir. Yaxşı cins inəkdən gün ərzində 25-30 litr süd almaq olur. Yerli inək isə gündə 5-6 litr süd verir. Eyni zamanda, bu heyvanlar ətlik istiqamətlidir.”
Fermerlər heyvandarlığın inkişafının yeni istehsal sahələrinin açılması zərurətini ortaya çıxardığını vurğulayıblar. Qeyd ediblər ki, bu baxımdan bölgədə ət kombinatının yaradılması məqsədəuyğun olardı. Bu, həm alıcılar, həm də məhsul istehsalçıları üçün sərfəlidir. Çünki əgər ət kombinatı yaradılarsa, istehsalçı əti özü birbaşa alıcıya satmaq imkanı əldə edəcək ki, bu da qiymətin aşağı düşməsinə təsir göstərəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fermerler_cenub_bolgesinde_et_kombinatinin_yaradilmasini_teklif_edirler-918683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR