Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təranə Qumralla Nazəninə 500 manat ödəyəcək - QALMAQAL

Təranə Qumralla Nazəninə 500 manat ödəyəcək - QALMAQAL

Date: 15 January 2016 12:19

Müğənnilər Təranə Qumral və Nazənin Salayevanın Apellyasiya Məhkəməsi baş tutub.

Bu barədə Lent.az-a Təranə Qumralın vəkili Vüqar Səfərli məlumat verib. O bildirib ki, məhkəmə qərarına əsasən Təranə Qumral həmkarı Nazənin Salayevanın şərəf və ləyaqətinin alçaltmasına görə 10000 ( on min ) manat yox, cəmi 500 manat ödəyəcək:

"Qısa olaraq bildirirəm ki, icraatımda olan və bir ildən artıq davam edən məlum məhkəmə işinin Apelyasiya mərhələsinə nöqtə qoyuldu. Bakı Apelyasiya Məhkəməsi hüquqlarını müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızı və Musayev Musa İnqilab oğlu tərəfindən, Xətai rayon məhkəməsinin 06.07.2015- ci tarixli qətnaməsindən verilən apelyasiya şikayətini qismən təmin etdi. Bakı Apelyasiya Məhkəməsi 14.01.2016- cı il tarixli qətnaməsi ilə, 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin təhqirə görə mənəvi ziyanın əvəzi kimi Salayeva Nazəninin xeyrinə İbrahimova Təranə Xeyrulla qızından 10000 ( on min ) manat tutulması hissəsini ləğv edərək, mənəvi ziyanın əvəzi kimi Təranə xanımından Salayeva Nazəninin xeyrinə cəmi 500 ( beş yüz) manat tutulmasını müəyyən etdi.

Düşünürəm ki, Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməni hüquqlarına müdafiə etdiyim İbrahimova Təranə Xeyrulla qızının və onun həyat yoldaşı Musayev Musayev Musa İnqilab oğlunun adına uğurlu hesab etmək olar. Qeyd etmək istəyirəm ki, iş üzrə qarşı tərəfin verdiyi Apelyasiya şikayəti isə məhkəmə tərəfindən tamamilə əsassız hesab edilərək, rədd edildi".


Tags:  terane qumral ve nazenin salayeva nazenin terane qumral apellyasiya mehkemesi

RƏYLƏR


Top news