Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən il ən çox korrupsiyaya yol verilən sahələr açıqlandı - RƏSMİ

Ötən il ən çox korrupsiyaya yol verilən sahələr açıqlandı - RƏSMİ

Date: 15 January 2016 12:04

İstintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işlərindən 29-u bank sektoru üzrə olub

 

 

Azərbaycanda ötən il ən çox korrupsiya hallarına yol verilən sahələrin adları açıqlanıb.

 

APA-nın xəbərinə görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işlərindən 29-u bank sektoru üzrə 48 şəxs barəsində olub.

 

Bundan başqa, ticarət sahəsi üzrə 36 cinayət işinin 37 şəxs barəsində, tikinti sahəsi üzrə 19 cinayət işinin 31 şəxs barəsində, özəl sektor sahəsində 15 işinin 22 şəxs barəsində, yerli icra hakimiyyətləri üzrə 5 cinayət işinin 9 şəxs barəsində, təhsil sahəsində 6 cinayət işinin 20 şəxs barəsində, səhiyyə sahəsi üzrə 6 cinayət işinin 6 şəxs barəsində, bələdiyyələrlə bağlı 7 cinayət işinin 8 şəxs barəsində, əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə 2 cinayət işinin 10 şəxs barəsində, rabitə və yüksək texnologiyalar sahəsində 2 cinayət işinin 2 şəxs  və s. barəsində olduğu açıqlanıb.


Tags:  Ötən il çox korrupsiyaya yol verilən sahələr açıqlandı RƏSMİ

RƏYLƏR


Top news