Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dükanlarda çörəyin qiyməti düşüb, çəkisi artırılıb - Fotolar

Dükanlarda çörəyin qiyməti düşüb, çəkisi artırılıb - Fotolar

Date: 15 January 2016 12:15

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması dükanlarda çörəyin ucuzlaşmasına səbəb olub.

"Report"un əməkdaşı xəbər verir ki, Bakıdakı dükanlarda çörəyin həm çəkisi artırılıb, həm də qiyməti əvvəlki qiymətinə endirilib. Keçən il dekabrın 21-də manatın üzən məzənnəyə keçməsindən sonra 680 qram olan zavod çörəklərinin çəkisi 100-140 qram azaldılmışdı. Daha sonra çörəyin qiyməti 40 qəpikdən 50 qəpiyə artırılmışdı. Bu gündən başlayaraq çörəyin çəkisi 700-720 qrama qədər qaldırılıb, qiymətlər isə 40 qəpiyə endirilib.

Xatırladaq ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.









Tags:  coreyin istehsali corek satisi elave deyer vergisinden azad olunma coreyin ucuzlasmasi

RƏYLƏR


Top news