​Suriyada daha bir iranlı general öldürülüb

​Suriyada daha bir iranlı general öldürülüb
12:12 15 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.15 yanvar. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı rəhbərlərindən biri, briqada generalı Seyid Səyyah Tahiri öldürülüb.
"Report" xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargahına aid "Defapress" saytı məlumat yayıb.
Məlumata görə, S.S.Tahiri 1980-1988-ci illərdə İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub. Onun Suriyada öldürülüdüyü yer və tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl də Suriyada İranın bir neçə generalı öldürülüb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/suriyada-iranli-general-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR