Putinin Poroşenkoya məxfi təklifi açıqlandı

Putinin Poroşenkoya məxfi təklifi açıqlandı
12:17 15 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin Donbas məsələsi üzrə xüsusi nümayəndəsi Boris Qrızlovun Kiyev səfəri heç bir nəticə verməyib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat Kiyev və Moskva arasında Donbasda müharibənin necə başa çatması haqqında ciddi fikir ayrılığının olduğunu bildirib:
 
"Qrızlov Kiyevə Vladimir Putinin təkliflərini gətirib. Təklifə əsasən, Rusiya Donbasda seçkinin keçirilməsi və səsvermənin nəticələrinin öyrənilməsinə müdaxilə etməyəcək. Lakin Moskva bunun qarşılığında Kiyevdən bir neçə önəmli addım atmasını istəyir: Poroşenko qiyamçıların amnistiyası haqqında qanun imzalamalı, 2016-cı ilin martından gec olmayaraq Donbas və Luqanskda seçkilər keçirilməli və Donbasa xüsusi status verəcək konstitusiya reformaları başa çatdırılmalıdır. Məhz bundan sonra Ukrayna öz dövlət sərhədlərinə tam nəzarət edə biləcək. Əslində, Ukrayna bununla razıdır, amma onun bir şərti var. Kiyev Donbas və Luqanskda seçkiləri Ukraynanın sərhədləri tam bərpa olunduqdan sonra keçirmək istəyir".
 
Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Boris Qrızlov Kiyevə rəsmi səfər edib. Səfər zamanı o, Minsk danışıqlarında Ukraynanın mövqeyini rəsmən təmsil edən eks-prezident Leonid Kuçma ilə görüşüb. Ukrayna mətbuatı görüş zamanı Donbas və Luqanskın Ukraynaya qaytarılması məsələlərinin müzakirə olunduğunu bildirib.
 
Son günlər Donbasda separatçı səhra komandirlərinin "qəfil ölümləri" müşahidə olunur. Bu ölümlər Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri İqor Serqunun həyatını itirməsindən sonra daha da aktivləşib. Ekspertlər bu ölümlər vasitəsilə Moskvanın Ukrayna əməliyyatlarını başladan şəxslərin tam məhvinə start verdiyini və onlardan canını qurtarmağa çalışdığını bildiriblər. Bu, həm də Rusiyanın "Novorossiya" layihəsini tam olaraq dayandırması anlamına gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR