Telefonları spirtlə silin - Çünki...

Telefonları spirtlə silin - Çünki...
12:20 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Sən demə, evdə, yolda, işdə saatlarla əlimizdən düşməyən mobil telefonlar əsl mikrob mənbəyi imiş. Dünyanın bir sıra universitetlərinin mütəxəsissləri apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.

Milli.Az atv.az-a istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, mobil telefon xəstəliklərin yaranma təhlükəsini birə-beş artırır. Belə ki, telefonla danışdığımız və ya mesajlaşdığımız zaman toplanan çoxsaylı mikroblar və toz birbaşa insanın daxili orqanlarına yönəlir. Zamanla həmin mikroblar və toz insan orqanizmində toplanaraq daha təhlükəli vəziyyət yaradır və astma, zökəm, bağırsaq və dəri xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Vəziyyətdən ilkin çıxış yolu kimi, mütəxəssislər mobil telefonu mütəmadi olaraq spirtli dəsmalla silməyi məsləhət görürlər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/398143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR