“Şahdəniz Mərhələ 2” layihəsi üzrə nəzərdə tutulan işlərin 50 faizi tamamlanıb

“Şahdəniz Mərhələ 2” layihəsi üzrə nəzərdə tutulan işlərin 50 faizi tamamlanıb
12:18 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
“Cənub” qaz dəhlizi layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” layihəsi üzrə bir sıra hədəflərə qrafikdən əvvəl nail olunub. Nəzərdə tutulan tədbirlər mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 50 faiz tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir. Bildirilir ki, “Cənub” qaz dəhlizi Avropanın enerji bazarına təbii qaz təchizatının yeni mənbəyinin təmin edilməsində mühüm yer tutacaq. Layihənin icrası üzrə digər müvafiq tədbirlər 2015-ci il ərzində uğurla davam etdirilib.
“Cənub” qaz dəhlizi layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi ilə yanaşı 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir. Hazırda bu quyulardan 8-i artıq qazılıb qurtarıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahdeniz_Merhele_2_layihesi_uzre_nezerde_tutulan_islerin_50_faizi_tamamlanib-918692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR