"PAŞA Bank"ın ekspertləri jurnalistlərlə görüşüb

"PAŞA Bank"ın ekspertləri jurnalistlərlə görüşüb
12:28 15 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
"PAŞA Bank"ın "British Council" ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi yerli biznes-jurnalistikasının inkişafı proqramının ikinci mərhələsi başa çatıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, növbəti treninq çərçivəsində layihənin iştirakçıları qarşısında təqdimatlarla qurumun ekspertləri – xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyev və debitorların maliyyəşməsi şöbəsinin rəisi Aynurə Piriyeva çıxış edib.
"PAŞA Bank"ın nümayəndələri jurnalistlərə yerli bank bazarının iş prinsipləri, yerli və beynəlxalq hesabat standartlarının incəlikləri, tənzimləyicinin normativ tələbləri, bankın timsalında şirkətin maliyyə blokunun fəaliyyətinin qurulması, gecikdirilən və problemli kreditlərin hesablanması metodologiyası haqqında məlumat veriblər. Ekspertlər kütləvi informasiya vasitələrinin nümayəndələrinə bank bazarındakı cari proseslərdən danışıb, sektorun gələcək inkişafına dair fikirlərini bölüşüb, treninq iştirakçılarını maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, yerli biznes-jurnalistikanın inkişafı üzrə proqram Böyük Britaniyanın "Thomson Foundation"dan dəvət olunmuş peşəkar təlimatçınin rəhbərliyi ilə aparılan bir sıra xüsusi media-kurslardan və yerli KİV jurnalistlərinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir. Bu proqram çərçivəsində Azərbaycan kütləvi-informasiya vasitələri işçilərinin bu ölkənin aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotPASA_Bank_quotin_ekspertleri_jurnalistlerle_gorusub-918694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR