Avtobus tutdu, Merkelin yanına getdi - FOTO

Avtobus tutdu, Merkelin yanına getdi - FOTO
12:32 15 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Cənubi Bavariya əyalətindəki Landthut bölgəsinin burqomistri Piter Dreyer miqrantları avtobusa mindirib və onları kansler Angela Merkelin iqamətgahının qarşısına aparıb.

Burqomistr bu minvalla Almaniyanın hakimiyyət dairələrinin yürütdüyü miqrasiya siyasətinə etiraz edir.

Milli.Az Die Welt-ə istinadən bildirir ki, Dreyer deyib: "Əgər Almaniya 1 milyon miqrantı qəbul edirsə, deməli, bizim bölgənin payına 1800 nəfər düşür. Bu limitdən artıq olan bütün miqrantları Berlinə, kanslerin iqamətgahına göndərəcəyəm".

52 miqrantın olduğu avtobusu burqomistr Berlinədək müşayiət edib.

Lakin Merkelinin iqamətgahının qarşısında avtobusdan 31 miqrant düşüb.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR