Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Əfqanıstanda İŞİD lideri və 12 terrorçu məhv edildi

​Əfqanıstanda İŞİD lideri və 12 terrorçu məhv edildi

Date: 15 January 2016 12:32

Əfqanıstan Hərbi Hava Qüvvələrinin ölkənin şərqində yerləşən Nanqarhar əyalətinin Açin rayonunda terrorçu İŞİD-in mövqelərinə havadan endirdiyi zərbələr nəticəsində qruplaşmanın adı çəkilməyən liderlərindən biri və 12 terrorçu öldürülüb. 

Report "Khaama Press" agentliyinə istinadən xəbər verir ki, bunu əyalətin başçısı Qalib Mücahid bildirib.

Əməliyyatda pilotsuz uçan aparatlardan da istifadə olunub. 

Terrorçular öldürülən liderlərinin adını çəkməsələr də onun Pakistan vətəndaşı olduğu haqda məlumat yayılıb. 

Milli.Az


Tags:  Əfqanıstanda İŞİD lideri 12 terrorçu məhv edildi


RƏYLƏR


Top news