Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aynişan arıqladı, məsləhət verdi

Aynişan arıqladı, məsləhət verdi

Date: 15 January 2016 12:32

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva arıqlayaraq 49 kiloqram olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı xanımlara pəhrizlə bağlı məsləhətlər verib:

"Özümün özümə qurduğum sağlam qidalanma və idman vasitəsiylə 5 kiloqram arıqlayıb, 49 kiloqrama düşdüm. Hər insanın özünə görə kilosu var və o çəkidə özünü rahat hiss edir. Gündə 1 dəfə yeməklə heç kim sağlam arıqlaya bilməz. Müvəqqəti çəkinin azalması sizi aldatmasın. Metabolizm zəifləyir, bütün yedikləriniz yağa çevrilir, bədəninizdə toplanır. Gündə ən az 3, maksimum 5 dəfə yeməlisiniz. Yedikləriniz az və kalorisi aşağı olmalıdır. Yediyiniz hər bir məhsulu sadəcə doymaq üçün deyil, orqanizminizə xeyrini də düşünün. Faydalı yeməklər yeyin. Heç vaxt ac yatmayın. Əgər acsınızsa, yüngül nəsə yeyin. Çünki bədənin səhərə qədər çalışması üçün enerjiyə ehtiyacı var. Amma ən yaxşısı çalışın ki, vaxtında yeyəsiniz, gecə acmayasınız".

Milli.Az


Tags:  Aynişan arıqladı məsləhət verdi


RƏYLƏR


Top news