Göygöldə yeni süni mayalanma kompleksi tikilir

Göygöldə yeni süni mayalanma kompleksi tikilir
12:33 15 Yanvar 2016
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Göygöl rayonunda yeni süni mayalanma kompleksi tikilir.

Trend TTV-yə (Region TV) istinadən xəbər verir ki, yeni yaradılan kompleks mal-qaranın cins tərkibini yaxşılaşdırmağa, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməyə daha geniş imkanlar açacaq.

Göygöl rayonundakı Respublika Süni Mayalanma Mərkəzi 2009-cu ildən fəaliyyət göstərir. Gün ərzində 2 dəfə törədici toxum götürülür və razılaşma yolu ilə fermerlerə, heyvandarlıqla məşğul olanlara satılır.

Fermerlər əsasən ətlik, bəzi hallarda isə südlük heyvanların toxumlarını əldə etməyə çalışırlar. Mərkəz cins buğaları Türkiyə, Fransa, Rusiya və Avstriyadan alır, avadanlıqlar isə Fransadan gətirilir.

Hazırda mərkəzdə 22 baş törədici buğa və toxum alınır. İstehsal olunan toxumlar üç mərhələdə yoxlamadan keçərək 50 faizinin fəal olduğu təsdiq edildikdən sonra istifadəyə buraxılır.

Yerlərdə işin təşkili üçün 12 rayonda zona baytarlıq laboratoriyası, 62 rayonda süni mayalanma texnikləri fəaliyyət göstərirlər. Lakin mərkəz tələbatı tam ödəyə bilmədiyi üçün həmin ərazidə yeni kompleks tikilir.

10 hektar ərazini əhatə edən kompleks süni mayalanmanın ən müasir tələblər səviyyəsində aparılması üçün bir çox üstünlüklərə malik olacaq. İlkin mərhələdə burada 40 baş heyvan saxlanılacaq.

Ən müasir avadanlıqlarla təchiz olunacaq yeni kompleksdə istənilən mal-qara cinsini almaq üçün hər cür şərait yaradılacaq. Gələcəkdə respublikanın tələbatı tam ödənildikdən sonra burada qablaşdırılan cins toxumların xarici bazara çıxarılması da mümkün olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR