Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları yumşalda bilər

Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları yumşalda bilər
12:43 15 Yanvar 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hökuməti Türkiyəyə qarşı tətbiq olunan iqtisadi sanksiyaları yumşaltmaq barədə düşünür.

AZƏRTAC Rusiyanın NTV informasiya agentliyinə istinadla xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi sanksiyaların yumşaldılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihədə bildirilir ki, Türkiyə şirkətlərinə Rusiyada işləmək, yaxud mal göndərmək icazəsi verilir. Bir şərtlə ki, rusiyalı sifarişçilər buna əvəz tapa bilmir, yaxud analoq çox baha başa gəlir. Sanksiyaların yumşaldılması 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının obyektlərinin inşasında iştirak edən türk tikinti şirkətlərinə şamil olunur.

Həmçinin Sənaye Ticarəti Nazirliyi Rusiya müəssisələrinə tekstil gətirə biləcək türk şirkətlərinin siyahısını hazırlayır. Hələlik hazır geyim haqqında söhbət getmir. Xatırladaq ki, “Su-24” qırıcı təyyarəsi ilə bağlı insidentlə əlaqədar Rusiya ötən ilin noyabrında Türkiyəyə bir sıra sanksiyalar tətbiq edib. Belə ki, Türkiyədən tərəvəz və meyvə idxalına, həmçinin türk şirkətlərinin bu ölkədə fəaliyyətinə qadağa qoyub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Turkiyeye_qarsi_tetbiq_etdiyi_sanksiyalari_yumsalda_biler-918698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR