Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin məşqçisi rüşvət qalmaqalına görə dindirildi

"Qəbələ"nin məşqçisi rüşvət qalmaqalına görə dindirildi

Date: 15 January 2016 12:47

Ötən ilin noyabrında bəzi KİV-lərdə sabiq FIFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırarkən, hazırda "Qəbələ" komandasının baş məşqçisi olan Roman Qriqorçuk da dindirilib.

Milli.Az bildirir ki, bu barədə Report-a AFFA-nın xüsusi komissiyasısının üzvü, qurumun İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı oyunun iştirakçıları - baş məşqçilər və hakimlərin hamısı dindirilib: "Hər kəsi dəvət edib, dinləmişik. Onlar öz fikirlərini söylədi. Nəticədə faktlar öz təsdiqini tapmadı və buna əsasən də rəy verildi".
Araşdırmanın gedişatının gizli saxlanıldığını əsas gətirən V.Sadıqov AFFA-nın Hakimlər Komitəsinin hazırkı sədrinin və digərlərinin özlərini hansı əsaslarla müdafiə etmələrini açıqlamaq istəməyib. 
Qeyd edək ki, komissiya 2001-ci ildə UEFA Kubokunda "Osiek" (Xorvatiya) - "Dinaburq" (Latviya) oyunu zamanı baş verənlərlə bağlı araşdırma aparıb. Həmin vaxt "Dinaburq"un baş məşqçisi hazırda "Qəbələ"nin sükanı arxasındakı Roman Qriqorçuk olub.

Milli.Az


Tags:  Qəbələnin məşqçisi rüşvət qalmaqalına dindirildi

RƏYLƏR


Top news