Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Həmkarlar İttifaqları Konfederasiyası 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım etdi (FOTO)

Həmkarlar İttifaqları Konfederasiyası 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım etdi (FOTO)

Həmkarlar ittifaqları arasında toqquşma olub: 2 ölü, 22 yaralı (25 Mart 2017 07:03)
QHT Şurasında aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib (17 Mart 2017 13:54)
SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə yardımlar edib (07 Mart 2017 14:32)

Tarix: 15 Yanvar 2016 12:48

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım edilib.

Hər il olduğu kimi, bu il də AHİK-də və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. Konfederasiyadan Trend-ə verilən məlumata görə, AHİK-in tədbirlər planına uyğun olaraq yanvarın 15-də ənənəvi olaraq qurum tərəfindən 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib, onlara maddi yardım göstərilib. 112 şəhid ailəsinin hər birinə 100 manat, ümumilikdə 11200 manat maddi yardım edilib.

Eyni zamanda, hər bir şəhid ailəsinin problemləri dinlənilib, onların həlli üçün müvafiq qaydada addımların atılacağı diqqətlərinə çatdırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Həmkarlar İttifaqları Konfederasiyası 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım etdi FOTO



RƏYLƏR


Top xəbərlər