Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Latviya Prezidentinin fikrincə, Maris Kuçinskis baş nazir vəzifəsinə ən münasib namizəddir

Latviya Prezidentinin fikrincə, Maris Kuçinskis baş nazir vəzifəsinə ən münasib namizəddir

Date: 15 January 2016 12:53


Riqa, 15 yanvar, AZƏRTAC
Latviya Prezidenti Raymonds Veyonisin fikrincə, Maris Kuçinskis ölkənin inkişaf perspektivlərini daha geniş təsəvvür edir. Buna görə də Latviya hökumətinin formalaşdırılması Kuçinskisə təklif edilib.
Prezident R. Veyonis Latviya televiziyasına müsahibəsində deyib: “Artıq bir neçə ildir ki, Kuçinskis parlamentin inkişaf komissiyasına rəhbərlik edir. Buna görə o, yeni hökumətin vəzifələrini və prioritetlərini geniş kontekstdə təsəvvür edir. Məncə, indiki məqamda o, hökumət başçısı vəzifəsinə ən münasib namizəddir”.
Dövlət başçısı bu qərarı hakim koalisiya daxilində bir neçə həftə davam etmiş gərgin məsləhətləşmələrdən və bu vəzifəyə əsas namizədlər – Maris Kuçinskis və Seymin büdcə-maliyyə komissiyasının sədri, “Birlik” partiyasını təmsil edən Karlis Şadurskis ilə danışıqlardan sonra qəbul edib.
M.Kuşinskis Prezidentin ona göstərdiyi etimaddan məmnun olduğunu bildirib. O deyib: “Biz növbəti mərhələyə keçirik. Bu mərhələdə prioritetlər barədə, Latviyanın rifahı naminə və onu inkişafı üçün işləyən hökuməti necə formalaşdırmaq barədə danışmaq lazımdır”.
Gələn həftə, hakim koalisiya daxilində məsləhətləşmələr başa çatandan sonra Yeni Nazirlər Kabinetinin heyətinin təsdiqinə başlamaq olar.
Xatırladaq ki, Laymdota Strauyuma başda olmaqla əvvəlki hökumət dekabrın 7-də istefa verib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Tags:  Latviya Prezidentinin fikrincə  Maris Kuçinskis baş nazir vəzifəsinə ən münasib namizəddir


RƏYLƏR


Top news