Nazir “Günəşli” yanğınından danışdı

Nazir “Günəşli” yanğınından danışdı
12:56 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

"Ötən il dekabrın 4-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərib". ANS PRESS-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Respublika qəzeti"ndə dərc edilən məqaləsində deyilib.

Onun sözlərinə görə, qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri, şübhəsiz ki, gələn ilin göstəricilərində öz əksini tapacaq.

Gələn il üçün proqnozlaşdırılan qaz hasilatı SOCAR üzrə 6,3, “Şahdəniz” üzrə 10,1, AÇG üzrə 12,9 mlrd.kubmetr civarında müəyyənləşdirilib.


“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın


Nazir bildirib ki, Azərbaycanda ümumi qaz hasilatı 2015-ci ildə 29,1 milyard kubmetr həcmində qərarlaşıb. Bunun 22,2 mlrd.kubmetri AÇG (12,3 mlrd.kubmetr) və “Şahdəniz” ( 9,9 mlrd.kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 milyon kubmetr artıq təbii qaz çıxarılıb. "Hazırda Azərbaycanda gündəlik təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Ümid” yataqlarından əldə olunur".

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. Bu günə kimi 11 nəfərin meyiti tapılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR