Əfsanəvi idmançımız millinin məşqçisi ilə üz-üzə gəldi

Əfsanəvi idmançımız millinin məşqçisi ilə üz-üzə gəldi
12:57 15 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Artıq neçə gündür ki, cüdo üzrə milli komandamız Braziliyada təlim-məşqlərini davam etdirir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, cüdo üzrə milli komanda ilə toplanışa ikiqat paralimpiya, 5-qat Avropa və 2-qat dünya çempionumuz İlham Zəkiyev də qatılıb. Əfsanəvi cüdoçumuz 10 gündən çoxdur ki, cüdo millisi ilə birlikdə Braziliyada təlim-məşqlərdə iştirak edir. İdmançılarımız yerli ölkə təmsilçiləri və Rusiya yığması ilə birlikdə hazırlaşırlar.

Şəkildən də göründüyü kimi, Zəkiyevin məşq etdiyi yoldaşlarından biri də Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı Mövlud Mirəliyevdir.
Zəkiyev və Mirəliyev məşq üçün qarşı-qarşıya gəliblər.
 
M.Mirəliyev karyerasını bitirsə də, millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərməyə başlayıb.

Qeyd edək ki, İham Zəkiyev bazar günü vətənə qayıdacaq. Yığma komanda isə Havana Qran-Prisində iştirak etmək üçün Kubaya yola düşəcək.

Millimiz Havanada baş tutacaq yarışa əsas heyətlə qatılacaq.
Reytinq xarakterli turnirdə 12 idmançı sınaqdan keçiriləcək. Kubada Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdulhəqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcilək.
 
Yanvarın 22-də start götürəcək Qran-pri 2 gün sonra başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR