Rusiya qırıcıları Türkiyə sərhədinə yaxınlaşdı - FOTO

Rusiya qırıcıları Türkiyə sərhədinə yaxınlaşdı - FOTO
12:57 15 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Erebuni aerodromunda yerləşən Rusiyaya məxsus aviasiya eskadrilyası Türkiyə sərhədi boyu uçuşlara başlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, MİQ-29 qırıcı təyyarələri çətin meteoşərtlər altında sutkada 30 uçuş gerçəkləşdirir.

"Gənc pilotların uçuşlarının əsas özəlliyi uçuş zolağının məhdudluğu və Türkiyə sərhədinin yaxınlıqda yerləşməsidir. Hər gün 10 saatdan artıq davam edən 30 uçuş gerçəkləşdiririk", - deyə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti  açıqlama verib.

Qeyd edək ki, 1998-ci ildən Erebuni aerodromu Rusiyanın 102-ci hərbi bazasına verilib. Burada 2001-ci ildən bəri 18 MİQ-29 qırıcısından ibarət aviasiya eskadrilyası formalaşıb. Erebuni aerodromu Türkiyə sərhədinin 25 kilometrliyində yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR