Dünən Türkiyə telekanallarında ən iddialı serialların bir-birilə yarışa girdiyi növbəti gün olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kösem Sultan", "Kurtlar Vadisi Pusu", "Kördüğüm", "Asla vazkeçmem", "Yeter" kimi layihələr tamaşaçıların ən çox izlədiyi seriallar kimi üst pillələrdə qərarlaşıb.
Beren Saatın gəlişi ilə reytinqi qalxacağı gözlənilən "Kösəm Sultan" AB reytinqdə 3-cü yerdə qərarlaşsa da, TOTAL reytinqdə 20-liyə düşə bilməyib.