Azərbaycanda 5-dən artıq yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs tutulub

Azərbaycanda 5-dən artıq yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs tutulub
13:02 15 Yanvar 2016
79 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunda yanacaqdoldurma məntəqəsinə edilən hücumla bağlı rəsmi məlumat yayıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 14-də saat 5 radələrində Masallı rayonunun Sərçuvar kəndində yerləşən “Sərçuvar Petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Rafiq Qafarovu və Nağı Həsənovu hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb edib, istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk edib.
Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Cəlal Cəlalzadə tutulub, hadisəni törədərkən istifadə etdiyi “İJ -58” markalı tüfəng götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də “Sərçuvar Petrol”, dekabrın 22-də Cəlilabad rayonundakı “Alpetrol”, bu il yanvarın 4-də Camaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqələrindən, habelə ötən il dekabr ayının 29-da Təzə Alvadı kəndində Mürvət Əhədova məxsus yanacaq doldurma məntəqəsindən quldurluq yolu ilə 470 manat pul, dekabr ayının 6-da Cəlilabad rayonunun Muğan kəndində “Smirs” yanacaq doldurma məntəqəsində oranın işçisi Orxan Bədəlova tüfəngdən açdığı atəşlə xəsarət yetirib 2630 manat pul aparması da müəyyən edilib.
Masallı RPŞ tərəfindən araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-5-den-artiq-yanacaqdoldurma-menteqesine-basqin-eden-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR