Şimali İraq hökuməti ABŞ-dan kömək istədi

Şimali İraq hökuməti ABŞ-dan kömək istədi
13:05 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada neftin qiymətinin sürətlə aşağı düşməsi Şimali İraq hökumətini hərəkətə keçirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Şimali İraqın xarici məsələlər üzrə nümayəndəsi Felah Mustafa Bekir ABŞ-a səslənərək, təcili kömək ediməsini çağırış edib.
 
Felah Mustafa Bekir İŞİD-lə mübarizə aparmaq üçün büdcə vəsaitinin yetərincə olmadığını söyləyib: "İŞİD-in yaratdığı miqrantlar üzündən büdcəmiz çox kasaddır. Kürdlər və miqrantlara kömək etmək, terrorçulara qarşı vuruşan kürd döyüşçülərinin xərclərinin ödənilməsi üçün ABŞ-dan yardım göndəriləcyinə ümid edirik. Əgər bu yardım gəlməzsə, o zaman peşmərgənin İŞİD-lə mübarizəsi faydasız olacaq və terrorçular bizi bitirəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR