Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Mənim də maddi problemlərim var..." - Elza Seyidcahan

"Mənim də maddi problemlərim var..." -  Elza Seyidcahan

Elza Seyidcahandan yeni şeir: "Verdi.. Basdı... Çaldı..." (24 Mart 2017 15:28)
Elzanın toyuq lələkli papaq geyindi: "Qukuluqu" - FOTO (23 Mart 2017 18:05)
Azərbaycanın boşanmış qadın müğənniləri (23 Mart 2017 15:59)

Tarix: 15 Yanvar 2016 13:11

“Mən ölkədəki bahalaşmanı və ya ucuzlaşmanı hiss etmirəm. Çünki hər halına şükür edən insanam və mənim istedadım var. Bu istedadla nəyinki mən, heç nəvələrim də ac qalmaz”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. O, toy qiymətində dəyişiklik etməyəcəyini bildirib:

“Bütün dünyada böhran problemi yaşanır. Tək Azərbaycan əziyyət çəkmir ki... Mənim də maddi problemlərim var. Amma bununla barışmağa çalışıram. Çıxıb bu halda şikayətlənmək lazım deyil. Əvvəlki kimi gündə beş dəfə yox, 3 dəfə yeyərəm. Mənim də toylarımın sayı azalıb. Amma toy qiymətimi aşağı salmamışam. Çünki məni sevib, məclisinə dəvət edənə hər zaman güzəştə getmişəm. Elə insan var ki, məni məclisində görmək istəyir, imkanı qonorar ödəməyə çatmır. Eləsinin məclisinə gedib, 2 mahnı hədiyyə etmək məndən heç nə almır. İnsanların könlünü şad edərəm, onun da duası mənə həyatımın hansısa məqamında kömək olar. İnsanın kasıb-varlı günü olar. Buna görə təşvişə düşmək lazım deyil. Hər halda bir çarə tapılacaq”.


Teqlər:  emekdar artist elza seyidcahan elza seyidcahan toy qiymeti



RƏYLƏR


Top xəbərlər