Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FİFA-nın transfer qadağası "Real"ı "qızışdırdı"

FİFA-nın transfer qadağası "Real"ı "qızışdırdı"

Date: 15 January 2016 13:12

FİFA-nın tətbiq etdiyi transfer qadağasından sonra "Real" rəhbərliyi fəaliyyətə başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu ilin yayında və gələn ilin qışında futbolçu almaq hüququndan məhrum olacaq madridlilər bunu nəzərə alaraq, hazırkı "transfer pəncərəsi"ndə fəallıq göstərməyə qərar veriblər.

"Kral klubu" transferlərə 350 milyon avro pul ayırıb.

Hazırkı baş məşqçi Zinəddin Zidan komandasında 5 yeni futbolçu görmək istəyir. Bunlar qapıçı David de Xea ("Mançester Yunayted"), müdafiəçi Con Stouns ("Everton"), yarımmüdafiəçi Eden Azar ("Çelsi"), həmçinin hücumçular Serxio Aquero ("Mançester Siti") və Harri Keyndir ("Tottenhem").

Hər bir oyunçu ilə danışıqlara artıq start verilib.

Qeyd edək ki, "Real" La Liqanın cari mövsümündə geridə qalan 19 turdan sonra 40 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 

Milli.Az


Tags:  FİFA-nın transfer qadağası Realı qızışdırdı

RƏYLƏR


Top news