Füzuli hadisələri ilə bağlı iki polis tutulub

Füzuli hadisələri ilə bağlı iki polis tutulub
13:14 15 Yanvar 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir

Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub.

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, tutulan polis işçiləri - FüzuliRayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur.

 

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir.

 

Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulublar.

 

Qeyd edək ki, son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən icazəsiz aksilayarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR