Sabaha olan hava proqnozu: duman, yağış, şaxta

Sabaha olan hava proqnozu: duman, yağış, şaxta
13:16 15 Yanvar 2016
21 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.
 
Havanın temperaturu Abşeronda gecə 3-5 dərəcə, gündüz 7-11 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarda yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 2-7dərəcə isti olacaq.
 
Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas  insanlar üçün əsasən əlverişli olsa da, 17-18-də arabir güclənən giləvar küləyi bəzi insanlarda narahatlıq doğura bilər.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR