Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbul-Bakı reysi yenə təxirə düşdü

İstanbul-Bakı reysi yenə təxirə düşdü

Date: 15 January 2016 13:16

İstanbul-Bakı reysini yenə təxirə salınmasına səbəb oldu. ANS PRESS-in məlumatına görə, "Türk Hava Yolları" (THY) gözlənilən fırtına səbəbilə yanvarın 15-16-na olan onlarla reys təxirə salınıb.

Təxirə salınan reyslər barədə THY öz saytında məlumat yerləşdirib.

Onların arasında yanvarın 16-da Bakıya nəzərdə tutulan reys də var. Belə ki, reyslərdən biri saat 08:15 - 13:05 (İstanbul-Bakı), digəri isə 14:35-15:50-də (Bakı-İstanbul) olmalı idi.


Təxirə salınan reyslər

Təxirə salnan reyslər arasında Sürix, Lissabon, Zaqreb, Bişkek, Tiflis və sairə şəhərlərdən olan reyslər var.

Bundan öncə də hava şəraiti ilə bağlı Bakıya olan reyslər təxirə düşmüşdü. Ötən il dekabrın 30-31-də qar çovğunu səbəbilə reyslər təxirə salınmışdı.

Yanvarın 11-də isə Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya gələn aviareys təxirə düşüb.

Reysin təxirə düşməsinə səbəb təyyarədə yaranan nasazlıqdır. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə əsasən, təyyarədə texniki problem yarandığından gecə olan uçuşda ləngimə olub.


Pulkovo hava limanının saytındakı uçuş cədvəli



Tags:  İstanbul-Bakı reysi yenə təxirə düşdü



RƏYLƏR


Top news