Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: Yeni sərəncam taxılın ölkəyə gətirilməsində sahibkarlardan tələb olunan xərcləri azaldıb

Deputat: Yeni sərəncam taxılın ölkəyə gətirilməsində sahibkarlardan tələb olunan xərcləri azaldıb

Date: 15 January 2016 13:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidentinin sərəncamına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması insanların rifahının yaxşılaşmasına, unun, un məmulatlarının qiymətinin sabitləşməsinə xidmət edir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunmasını çox müsbət bir addım sayan deputat əhalinin də bu sərəncamı müsbət qiymətləndirdiyini bildirib: “Bu gün Ağcabədi rayonunda əhali ilə görüşəndə onlar buna görə çox razılıq etdilər. Artıq bu, öz nəticəsini göstərib. Rayonda unun, çörəyin qiyməti enib və qiymətlər tənzimlənib”.

T.Rzayev qeyd edib ki, yeni sərəncam taxılın ölkəyə gətirilməsi zamanı sahibkarlardan tələb olunan xərcləri də azaldıb: “Bu, yerli istehsalçılara da şərait yaradır ki, cörəyin qiyməti sabit qalsın, artmasın. Çörək insanlar üçün çox mühüm ərzaqdır. Ona görə də qiyməti sabit qalmalıdır. Vətəndaşlar tərəfindən bu, çox müsbət dəyərləndirilir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Deputat Yeni sərəncam taxılın ölkəyə gətirilməsində sahibkarlardan tələb olunan xərcləri azaldıb

RƏYLƏR


Top news