Nardaranda mərkəzi küçələr dəyişdirilir - foto

Nardaranda mərkəzi küçələr dəyişdirilir -  foto
13:21 15 Yanvar 2016
30 Şou
Ölkə mətbuatı
A- A+

Nardaranda yolların və məhəllələrin yenidən qurulması işi davam etdirilir.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən Axşam.az-a bildirilib ki, nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işlərinə başlanılıb. Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.

“Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində küçənin 1 km-dən artıq hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir.

Küçənin artıq 700 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR