İstanbul terrorunu Bəşər Əsəd quraşdırıb?

İstanbul terrorunu Bəşər Əsəd quraşdırıb?
13:27 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Polis: "​İstanbulda terror aktı törədən şəxs Bəşər Əsədin casusları ilə əlbir olub"

İstanbulda Sultanəhməd meydanında terror aktı törədən Suriya vətəndaşı Nabil Fadli ilə Türkiyədə bir yerdə qalan 4 nəfərdən üçü Bəşər Əsəd rejiminin "əl-Muhaberat" kəşfiyyat qurumunun casusları olub.

Report Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İstanbulun Təhlükəsizlik İdarəsinin Terorçuluğa Qarşı Mübarizə Şöbəsindən bildiriblər.

Məlumata görə, N.Fadli Türkiyə ərazisinə daxil olaraq qaçqın kimi qeydiyyatdan keçib. O, terrordan öncə Suriyanın Hələb əyalətinin Münbiç rayonundakı məhəllələrdən birində yaşayıb.

Polis bildirib ki, N.Fadli və dəstə üzvləri 2012-ci ildə 6 ay Suriya Azadlıq Ordusunun "Əbu Bəkr as-Sadiq" taborunun tərkibində döyüşüblər, bir az sonra "Ahrar əş-Şam" hərəkatına, 2014-cü ildə isə İŞİD-ə qoşulublar.

Xəbərə əsasən, N.Fadli ötən ilin dekabrında Türkiyənin Şanlıurfa əyalətinə keçib. Oradan Ankaraya gedərək, 4 gün mehmanxanada qalıb. Oteldən çıxdıqdan sonra mehmanxana kameralarının qeydə aldığı görüntüləri silinib.
Məlumata görə, Sultanəhməd meydanında törədilən partlayışdan sonra keçirilən antiterror əməliyyatı nəticəsində 7 nəfər tutulub. Onlardan 4-ü Nabil Fadli ilə bir yerdə qalıb. Bu 4 nəfərdən 3-ü Bəşər Əsədin "əl-Mühaberat" kəşfiyyatının casusu olub. Təhlükəsizlik qüvvələri bildirib ki, Türkiyəyə girərkən, barmaq izləri götürülən və sonradan saxlanılan 4 şübhəlinin ikisi özünü partlatmalı imiş.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında törədilən terror nəticəsində 11 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR