Azərbaycanın müdafiə naziri: "Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq"

13:27 15 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

İsraildən ŞOK QƏRAR: (20 İyun 2017 19:47)
Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb (19 İyun 2017 13:12)
Azərbaycanın müdafiə naziri Rusiyaya gedib (25 May 2017 12:27)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hərbi hissə və birləşmələrin tibb xidməti rəisləri, tibbi hərbi hissə və müəssisələrin komandirləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının şöbə və bölmə rəislərinin iştirak etdiyi toplantıda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib. "Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir".
General-polkovnik Z.Həsənov Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.
Müdafiə naziri daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Silahlı Qüvvələrdə quruculuq işlərindən, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan və ordumuzun döyüş qabliyyətinin yüksəldilməsi üçün görülən vacib tədbirlərdən danışıb: "Dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib. Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər cənab Prezidentin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır". Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur".
Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan müdafiə naziri vurğulayıb ki, son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verilib. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər yenə davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib.
Müdafiə naziri bundan sonra da hərbi qulluqçularımızın Vətən qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini bildirərək Silahlı Qüvvələrin tibb heyətinə uğurlar arzulayıb.
Sonra Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək son illər Silahlı Qüvvələrdə tibb xidməti sahəsində aparılan islahatların müsbət nəticələrini, ordu rəhbərliyinin hərbi səhiyyənin inkişafına diqqət yetirdiyini nəzərə çatdırıb.
General-mayor N.Əliyev qeyd edib ki, ordumuzda ilk dəfə olaraq xəstələrin təxliyyəsi üçün ambulans helikopterin alınması yaralılara, xəstələrə vaxtında və təxirəsalınmaz tibbi yardımın göstərilməsini mümkün edib. O, orduda tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkəmizin qabaqcıl tibb mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini, Türkiyənin Gülhanə Tibb Akademiyasında və Almaniyanın qabaqcıl tibb müəssisələrində yüksək ixtisaslı həkim briqadalarının dəfələrlə Hərbi Tibb Fakültəsində olduğunu da diqqətə çatdırıb.
Sonda nazir toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

25 İyun 2017 06:03

Bakıda yaşlı kişi küçədə bıçaqlanıb

25 İyun 2017 06:02

Altı yaşlı oğlan bacısını güllələdi

25 İyun 2017 05:59

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

25 İyun 2017 05:55

Pakistanda ölənlərin sayı 85-ə çatdı -

25 İyun 2017 05:51

70 yaşlı müğənni bikinili fotosunu paylaşdı

25 İyun 2017 05:44

Qırmızı işıqda keçdi, qəza törətdi - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyun 2017 05:23

Ulduz futbolçu karyerasını bitirdi - VİDEO

25 İyun 2017 04:58

Türkiyədə növbəti zəhərlənmə qalmaqalı - 10 əsgər...

25 İyun 2017 04:33

Saqqalı qırxan kişi necə dəyişir? - FOTO

25 İyun 2017 04:32

Rusiya mübarizəni dayandırdı -

25 İyun 2017 04:30

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsertlə çıxış ediblər FOTOSESSİYA

25 İyun 2017 04:15

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

25 İyun 2017 04:12

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 04:09

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58

Abşeronda yanğın olub

25 İyun 2017 03:50

Çindən tələfat xəbəri gəldi -

25 İyun 2017 03:42

Toyların unikal fotolarını çəkir - FOTO

25 İyun 2017 03:32

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 02:54

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52

Misir prezidenti adaları Səudiyyəyə verildi

25 İyun 2017 01:43

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25 İyun 2017 01:32

Evdə doğan sevgitlisinin fotolarını çəkdi - FOTO

25 İyun 2017 01:32

Gəncədə yanğın -

25 İyun 2017 01:28

Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25 İyun 2017 01:17

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37

İkiüzlü insan olmağınıza şübhə etmirəm...

24 İyun 2017 23:37

0 avroluq əskinaslar çap edildi

24 İyun 2017 23:37

WhatsApp-dan daha bir faydalı yenilik

24 İyun 2017 23:32

Sosial media fenomenləri nə qədər qazanır?

24 İyun 2017 23:27

Rusiya - 3-cü “bədbəxt”

24 İyun 2017 23:27

Ürək və sinir sisteminin möhkəmlənməsi üçün kokteyl

24 İyun 2017 23:22

"Qəbələ"dən növbəti transfer -

24 İyun 2017 23:18

Gözün sağlamlığını qorumaq üçün 6 amil

24 İyun 2017 23:17